26 Fevral Xocalı soyqırımı
24 fevral 2023- cü il tarixində 7 b sinif şagirdlərinin məktəbimizdə 26 Fevral Xocalı faciəsinin 31- ci ildönümünə həsr olunmuş Anım Günü keçirilmişdir.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəbin direktoru Fayaz Hüseynov çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb: “Biz şəhidlərimizi heç zaman unutmayacağıq”. Xocalı faciəsi Azərbaycan tarixinə qanla yazılmış səhifələrdən biridir. Xocalı bizim əbədi olaraq yaddaşımızdadır. Xocalı hər gün bizimlədir. Ulu öndər Heydər Əliyevin Birbaşa təşəbbüsü, səyi, təklifi, israrlı fəaliyyəti ilə bağlı bur hadisələrə siyasi qiymət verildi. 44 gün davam edən Zəfər savaşında Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edə bildi. Bu gün prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünyanın bir çox ölkəsində Xocalı adekvat olaraq qiymətləndirilir. Bu gün Azərb aycan prezidentinin fəaliyyəti bizə inam verir ki, Xocalı kimi hadisələrin, Azərbaycan-erməni münasibətlərinin qarşıdurmasının nəticəsi haqqın, ədalətin xeyrinə olacaq. “Xocalı ədalət” layihəsi ilə Azərbaycan dünya ölkələrinin qarşısına çıxır”.
Tədbirdə Xocalıda baş vermiş cinayətlərdən bəhs edən sənədli film də. nümayiş etdirilmiş, Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olduğu şagirdlərin çıxışı ilə bildirilmişdir. O da qeyd edilmişdir ki, bu soyqırım bütün bəşəriyyətə qarşə tarixi bir cinayətdir.
Sonda Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışını əks etdirən videoçarx təqdim olunub.