“Nə? Harada? Nə zaman? “

“21 Fevral Beynəlxalq Ana dili Günü” nə həsr edilmiş fənn aylığı çərçivəsində məktəbdə rus bölməsi 11-ci sinif şagirdlərindən ibarət “Bilicilər” komandası ilə müəllimlər  arasında“Nə? Harada?  Nə zaman? “ bilik yarışması keçirildi. Məktəbin direktoru Fayaz Hüseynov, direktor müavini Aida Tağıyeva, müəllimlər: Abdullayeva İradə (Azərbaycan dili və ədəbiyyat), Adıgözəlova Nərminə (kimya),Qarayeva Sevil (fizika), Nəsibova Samirə(tarix),Kazımzadə Fəridə (coğrafiya),Eyyubova Cəmilə(təsviri sənət), Bağırov Bağır (İbtidai hərbi hazırlıq)tərəfindən tərtib edilmiş düşündürücü,məntiqə əsaslanan 12 ən maraqlı  sual seçilib oyun masasına çıxarılmışdı.  Bundan əlavə oyunun formatına uyğun olaraq 3 sualdan ibarət “Superblits” də oynanıldı,  oyun masasına  “Qara qutu”  da, şəkil də gətirildi. “Bilicilər” komandası – Şahin,Ülvi, İsmət, Kamran,Fəxri, Fuad və  komandanın kapitanıQasımov Hikmət gərgin keçən  və qaydalara ciddi əməl olunan yarışmadan 6-5 hesabı ilə qalib çıxdı. Rus bölməsində təhsil alan şagirdlərin fikirlərini Azərbaycan dilində aydın ifadə etmələri təqdirəlayiq idi. “Oyunu izləyən onlarla şagird və müəllim qarşısında  duruş gətirən komanda hər cür alqışa və tərifə layiqdir” – dedi Fayaz müəllim. 10-cu sinif şagirdi Aylinin ifa etdiyi “Gəl, ey səhər” mahnısı yarışmaya xüsusi rəng qatmış  və komandanı dəstəkləmiş oldu. Məktəbin Azərbaycan dili  müəllimi Təranə Rzayevanın təşkilatçılığı ilə ərsəyə gələn və aparıcılığı ilə keçən yarışmanın uğuru onun davamlı olacağından xəbər verirdi. Sonda  “Ən fəal oyunçu” və “Ən yaxşı sual” nominasiyalarında qaliblər müəyyənləşdirildi və xatirə hədiyyəsi ilə mükafatlandırıldı. Rəğbətləndirmə və stimullaşdırma məqsədilə komanda üzvlərinə oyundan xatirə olaraq hədiyyə verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi