“Bir günəş altında”adlı ədəbi-bədii tədbir

Məktəbimizin 8 K sinif şagirdlərinin iştirakı ilə “Bir günəş altında” adlı ədəbi-bədii tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin Multikulturalizm ili elan edilməsi ilə baglı təşkil olunmuşdu. Tədbirin keçirilməsində məqsəd yetişən gənc nəslin ictimai və sosial cəmiyyətdə gələcək fəaliyyətini düzgün istiqamətləndirməkdən ibarətdir. Müxtəlif milli geyimlərdə səhnəyə çıxıb rəqs edən, şeir söyləyən, tamaşalar göstərən şagirdlərin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. 8 K sinfinin fidanları sinif rəhbərləri Nəzakət Xəlilovanın təşkilatçılığı ilə bütün bacarıqlarını məsuliyyətlə nümayiş etdirməyə çalışırdılar. Şagirdlərin ifasında Avropa ədəbiyyatından seçmələr əsasında göstərilən səhnəciklər, onların Yapon, Çin, İsrail, Rusiya, İngiltərə, Türkiyə, Azərbaycan milli mədəniyyət nümunələrinə, adət-ənənələrinə olan ehtiramının nümayişi idi.