"Doğma  dilim! Sən ki varsan dünyada, mən də varam- söyləməyə haqlıyam" adlı tədbir

Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.

                               H. Əliyev

Bu gün məktəbimizdə 21 fevral Beynəlxalq Ana dili Gününə həsr edilmiş"Doğma  dilim! Sən ki varsan dünyada, mən də varam- söyləməyə haqlıyam" adlı tədbir keçirildi.

  Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin, Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

   Tədbiri giriş sözü ilə məktəbin direktoru Fayaz Hüseynov açdı. Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışaraq hər bir xalqın Ana dilinin onun milli sərvəti, xalqın milli kimliyinin göstəricisi olduğunu söylədi.Dilimizin qorunması və ən dəyərli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürülməsini hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu diqqətə çatdıran Fayaz Hüseynov həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin normalarına riayət etməyi vurğuladı.

   Tədbirin təşkilatçıları təlim-tərbiyə üzrə direktor müavini Lalə Pənahova, rus və Azərbaycan bölməsinin Azərbaycan dili və ədəbiyyat müəllimləri idi. Tədbirdə 9c, 8a, 8L, 7a,7f və 5 k sinfinin şagirdləri Beynəlxalq Ana Dili Gününə həsr edilmiş şeirlər, mahnılar səsləndirdi,  videoçarxlar nümayiş etdirildi və C. Məmmədquluzadənin"Anamın kitabı pyesini ifa etdilər. Mirzə Cəlilin ölməz personajları-Zəhra bəyim ana-Babayeva Nuray, Gülbahar-Məmmədzadə Leyla, Rüstəm bəy-İsmayılov Hidayət, Mirzə Məhəmmədəli-Axundov Ağahüseyn, Səməd Vahid-Mehtizadə Ağasəfər, Zivər xanım-Zərbəliyeva Asiya... məktəblilərin ifasında olduğu kimi təsvir edildi.

   Ana dili bizim varlığımız, vüqarımız və fəxr dünyamızdır. Bizim müqəddəs borcumuz onu qorumaq və nümayiş etdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi