“Heydər Əliyev və Azərbaycan tarixi“ kitabının təqdimat mərasimi

2016-2017- ci tədris ilində Səbail Rayon İcra Hakimiyyəti bir sıra maraqlı tədbirlərə imza atıb. Onlardan biri də ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə təşkil olunan Səbail rayon məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi“ adlı elmi araşdırmaların təşkili olub. İki mindən çox məktəblinin qatıldığı bu müsabiqədə məktəbimizin IX–XI sinif şagirdləri də iştirak ediblər. Müsabiqədə xüsusi fərqlənən 33 nəfər şagirdin elmi araşdırması “Heydər Əliyev və Azərbaycan tarixi“ adlı kitabda toplu halında çap edilib. “Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunan “Heydər Əliyev və Azərbaycan tarixi“ adlı kitabın tərtib olunmasında məqsəd gənc nəslin Heydər Əliyev irsinə olan marağı və Ulu Öndərə olan sonsuz sevgisinin nümayişi olub. “Heydər Əliyev və Azərbaycan tarixi“ adlı kitabın təqdimat mərasimi 19 dekabr 2017-ci il tarixdə Milli Azərbaycan Tarix Muzeyində təşkil olundu. Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyinin, təhsil müəssisəsi rəhbərlərinin, məktəblilərin, ziyalıların iştirakı ilə keçirilən təqdimat mərasimində bir daha Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən söz açıldı, onun müasir Azərbaycan tarixindəki müstəsna rolu qeyd edildi. Sevindirici haldır ki, “Heydər Əliyev və Azərbaycan tarixi“ adlı kitabda məktəbimizin IX sinif şagirdi Aygün Musayevanın “Rəvvadi və Şəddadi dövlətləri”, X sinif şagirdi Validə Ağazadənin “Rəşadət simvolu – Cavad xan” , X sinif şagirdi Eyvaz Eyvazlının “İlham Əliyev və uğurlu, balanslaşdırılmış xarici siyasət” adlı elmi araşdırmaları da yer almışdır. “Heydər Əliyev və Azərbaycan tarixi“ adlı kitabda məqaləsi çap olunan bütün məktəbliləri, o cümlədən, məktəbimizin şagirdlərini qazandıqları bu uğur münasibəti ilə təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzu edirik.