“İdeya-2017” müsabiqəsinin qalibiyik

Son illərdə təhsil sahəsində aparılan islahatlar çərçivəsində valideynlərin məktəbə daha yaxından cəlb olunması, onların məktəb həyatında daha fəal iştirakı başlıca məqəsdlərdən birinə çevrilib.“Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “İdeya-2017” müsabiqəsinin təşkili də məhz bu mərama xidmət edib. Müsabiqənin həyata keçirilməsində əsas məqsəd valideynlərin məktəblilərin həyatında daha fəal iştirakını təmin etməkdən ibarət olub.Müsabiqədə iştirak edən valideynlər məktəblilərin həyatını daha maraqlı və rəngarəng etmək məqsədi daşıyan layihələrini təqdim ediblər.Sevindirici haldır ki, bizim valideynlərimiz də bu müsabiqədə fəal iştirak ediblər. «Патент” layihəsi üzrə Aygün Şükürova təqdim etdiyi layihə 10 qalib layihə içərisində yer alıb. Qalibi kollektiv adından ürəkdən təbrik edir, digər valideynlərimizi də belə müsabiqələrdə fəal olmağa səsləyirik.