20 Yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir

20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir. 

Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Azadlığa gedən yolun zirvəsi" adlı anım tədbiri keçirilib. 

Məktəbin direktoru Fayaz Hüseynov qan yaddaşımıza əbədi həkk olunmuş qanlı faciə - 20 Yanvar haqqında məlumat verərək tədbiri açıq elan etdi. Daha sonra Dövlət Himni səsləndi və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin təşkilatçıları təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Pənahova və dil - ədəbiyyat müəllimi Pərvanə Səfərəliyeva idi. 

 IX c sinfinin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya, tədbir boyu fonda 20 Yanvar hadisələrini əks etdirən slaydlar, videoçarxlar nümayiş etdirildi. 

Tədbir Azərbaycan Milli Konservatoriyasının məzunları, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov və Xəyal Ələkbərovun ifasında "Şəhid arzuları və" Çırpınırdı Qara dəniz" mahnısı ilə sona çatdı.

   Azərbaycan xalqı bu mübariz oğul və qızlarımızın şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi