“Tütünsüz Həyat, Sağlam Gələcəyə Təminat”

“ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyinin təşəbbüsü, Akademik Zərifə Əliyeva adına lisey, “ADA Anti-Smoking Club” və “Sağlam Ailə” Tibb Mərkəzinin təşkilati dəstəyi ilə “Tütünsüz Həyat, Sağlam Gələcəyə Təminat” devizi altında sosial layihənin növbəti görüşü 24 apreldə 189-190 saylı orta məktəbdə keçirildi.Təlim zamanı yeniyetmələrlə siqaretin zərərləri, stressin aradan qaldırılmasının alternativ yolları və sağlam həyat tərzinin vacibliyi barədə söhbət aparılıb. Layihə çərçivəsində ay ərzində iki dəfə olmaqla Bakı şəhərində yerləşən bir çox orta məktəbdə təlimlər keçirilməsi nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, “ASAN Könüllüləri” gənclər təşkilatı ictimai birliyinin təşəbbüsü ilə artiq Bakı şəhərinin 4 fərqli orta məktəblərində təlimlər baş tutub.