“Ulu Öndər xatirələrdə” adlı bilik yarışması

“Ümummilli lider Heydər Əliyevin anım günü”nə həsr olunan silsilə tədbirlərdən biri də məktəbin IX – XI sinif şagirdləri arasında keçirilən “Ulu Öndər xatirələrdə” adlı bilik yarışması oldu.Tədbir iştirakçıları “Zəkalar”, “Qələbə”, “İstedadlar”, “Yenilməzlər” adlı komandaların tərkibində bilik yarışmasına qatılmışlar. Bilik yarışında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında bilgilərini nümayiş etdirən komanda üzvlərinin cavabları münsiflər heyəti tərəfindən qiymətləndirildi. Cavabları ilə birinci yerə layiq görülən “İstedadlar” komandasının üzvləri məktəb rəhbərliyi tərəfindən Diplomlarla mükafatlandırıldı. Tədbirin keçirilməsində məqsəd Heydər Əliyev irsinin məktəblilər arasında dərsindən öyrənilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi olub. Komanda üzvlərinə ünvanlanan sualların komandalar tərəfindən cavablandırılmasından sonra hər bir doğru cavabın maraqlı slaydlarla ekranda görüntüləönməsi bu tədbirə xüsusi rəng qatıb. Turlararası Ümummilli liderə həsr olunan bədii nümənələrin (şeirlərin) və musiqi nömrələrinin səslənməsi də tədbir təşkilatçılarının peşəkarlığından xəbər verirdi.