Ümummilli Lider Heydər Əliyevin Anım Günü

Müdrik dövlət xadimi , dahi siyasətçi, azərbaycanlı məfhununa geniş məkanlarda hörmət gətirən , alovlu

vətənpərvər Heydər Əliyevin bu gün anım günüdür. Məktəbimizin VII , VIII sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. 7 b sinif şagirdləri Əlihüseynova Aylin ulu öndərin həyatı, Zərbəliyev İsfəndiyar “Heydər Əliyev və uşaqlar” , Quliyeva Məltəm “H.Əliyev və milli- mənəvi dəyərlərimiz”,  Hacıyev Said “ H.Əliyev və dünya azərbaycanlılarının təşkilatlanması ”  8a sinif şagirdi Əzimli Ahu “H.Əliyev  və ordu quruculuğu” mövzularında hazırladıqları videoçarx və təqdimatları nümayiş etdirdilər. Tarix müəllimi Məmmədova Lalə isə “H.Əliyev və Qarabağ” mövzusunda çıxış edərək şagirdləri ulu öndərin  fəaliyyəti  ilə ətraflı tanış etdi  və 7  b sinif şagirdlərinin ifasında H.Əliyevə həsr olunmuş  şerlər  səsləndi. Həmçinin məktəbimizin  muzeyində digər müəllimlərimiz tərəfindən açıq dərslər təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi