Biliyini paylaş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 noyabr 2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən həyata keçirilən "Biliyini paylaş" layihəsinə start verilmişdir. İki mərhələdən ibarət olan layihənin keçirilməsində əsas məqsəd ümumitəhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir.

Məktəbimizin birinci mərhələdə layihə əsalı tədris barədə məlumatı olan, layihə əsaslı öyrənməni dərs porosesində tətbiq etməyi bacaran yenilikçi və qabaqcıl muəllimləri də bu layihədə uğurla çıxış etmiş və ikinci mərhələdə iştirak hüququ qazanmışlar . Hər üç müəllimimizə lahiyənin 2- ci mərhələsində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi