Daha bir qalibiyyətə imza atdıq

Azərbaycan təhsil sistemində istedadlı şagirdlərin bacarıqlarının erkən yaşda aşkarlanması istiqamətində mühüm addımlar atılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyi ərəfəsində reallaşdırılmış məntiq olimpiadasının təşkili də məhz bu mərama xidmət edib. Olimpiadaya qatılan 23 834 nəfər V-VI sinif şagirdləri arasında bizim məktəbimizin şagirdləri də olub. Yekun mərhələdə ən yüksək nəticə göstərən 83 mükafatçılar sırasında yer alaraq bürunc və qızıl medala layiq görülən Nuranə Qasımova və Aydın Yusifovun üğüru təbii ki,hər birimizi çox sevindirir. Nuranə və Aydını ürəkdən təbrik edir və hər ikisinə daha böyük nailiyyətlər arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi