Azersell dəstəkli tədbir …

Bakı Beynəlxalq Muğam mərkəzində “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin növbəti yekun yığıncağı keçirilmişdir. Yığıncaqda bir il ərzində görülmüş işlərin hesabat məruzəsi dinlənilmiş və il ərzində müxtəlif nominasiyalar üzrə müsabiqələrə qatılan və uğur qazanan iştirakçıların mükafatlandırma mərasimi həyata keçirilmişdir.Azersellin dəstəyi ilə həyata keçirilən bu tipli tədbirlərə məktəbimizin şagirləri də mütəmadi olaraq qatılırlar. Məktəbin XA sinif şagirdi Ağazadə Validə də “Ümidli Gələcək” Gənclər İctimai Birliyi tərəfindən mükafatlandırılan şagirdlər arasında olub. O, “Bədii qiraət sahəsində xüsusi bacarıq və istedadına görə” diplom və hədiyyə ilə müakafatlandırılıb.Validə Ağazadəni təbrik edir, ona daha böyük nailiyyətlər arzulayırıq!