Əsrə bərabər 25 il

Ümummilli liderin anım günü ərəfəsində məktəbimizdə silsilə tədbirlər həyata keçirilir. “Əsrə bərabər 25 il” adlı dəyirmi masada çıxış edən məktəbin direktoru Ceyran Kuliyeva əbədiyaşar Heydər Əliyevin siyasi fəaliyyəti barədə dəyirmi masa iştirakçılarına məlumat verdi: Bu gün Azərbaycan həqiqəti adlı bir ruzigar dünyanın ən yüksək kürsülərində əsirsə, bu, məhz Heydər Əliyevin yenilməz iradəsinin, gərgin əməyinin, müdrik siyasətinin bəhrəsidir. Heydər Əliyev başdan – ayağacan yeni dünyanın adamıdır. O, bütöv bir epoxanın, köhnə dünyanın dağıldığı və yeni dünyanın qurulduğu bir epoxanın rəmzi olan tarixi bir şəxsiyyətdir. Tarix Heydər Əliyev kimi şəxsiyyətləri çox az yetişdirir. Onun əvəzi yoxdur! O, Tanrının möcüzəsidir! (sitatın sonu). Tarix müəllimlərindən Sədrəddin Rüstəmov və Lalə Məmmədovanın şagirdlərə ünvanladığı sualların cavablandırılması şagirdlərin Ümummilli liderə olan sevgisini, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərinə məktəblilərin dərindən bələdliyini nümayiş etdirdi. Yuxarı sinif şagirdləri tərəfindən Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən materiallar əsasında hazırlanmış videoçarxların nümayişi də tədbirə xüsusi rəng qatdı.