Beynəlxalq online dostluq viktorinası

"Qazaxstan və Azərbaycan xalqlarının ənənələri" adlı beynəlxalq online dostluq viktorinası keçirildi

23 noyabr 2022-ci il tarixində Qazaxstan Respublikasının Almatı şəhəri S.Beqalin adına Uşaq kitabxanası və Səbail rayon MKS-nın Mərkəzi Kitabxanası Uşaq şöbəsinin oxucuları arasında "Qazaxstan və Azərbaycan xalqlarının ənənələri" adlı beynəlxalq online dostluq viktorinası keçirildi.

Tədbirdə Səbail rayonu 189-190 saylı tam orta məktəbin 3d sinif şagirdlərinin və qazaxstanlı oxucular Azərbaycan və Qazax xalqlarının adət-ənənələri haqqında qarşılıqlı suallara cavab verdilər. Azərbaycanlı şagirdlər qazax şairi Abay Kunanbayevin “Qış” şeirini qazax dilində, Qazaxstandan olan balaca məktəblilər isə Nizami Gəncəvinin “Payız yetişəndə “ şeirini azərbaycan dilində söylədilər.

AMK tərkibində İncənət Gimnaziyasının şagirdləri Ələsgərov Muhammed və Muradzadə Əli Azərbaycan xalq çalğı alətləri olan tar və kamançada Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyevin “Əsgər marşı”nı ifa etdilər. Ələsgərov Muhammedin ifasında “Heyratı” muğamının musiqisi də səsləndirildi. Gimnaziyanın müəlliməsi Vəlibəyova Samirənin quruluş verdiyi “Nəlbəki” xalq rəqsini Mikayıllı Ayişə, İsgəndərova Zəhra və Rəsulzadə İradə nümayiş etdirdilər.

Dostluq qalib gəldi. Tədbir hər iki türk xalqının tarixi köklərinin birliyini bir daha nümayiş etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi