“Rus dili günü”nün təşkili

Məktəbdə həyata keçirilən fənn aylıqları şagirdlərdə bu fənnə olan marağın artmasına, aylıq çərçivəsində şagirdlər tərəfindən hazırlanan yaradıcı, elmi işlərin, təqdimat və layihələrin təbliğinə xidmət edir.Məktəbin ibtidai sinif müəllimi Nigar Babayeva isə dərs dediyi birincilərdə rus dilinə olan meyl və marağın artırılması məqsədiylə rus dili aylığı həftəsi deyil, rus dili günü təşkil etdi.Bu tipli tədbirlər şagirdlərdə fənnə olan marağın, müstəqil və yaradıcı işə meylin artmasına səbəb olur.