Uşaq Hüquqları

Bu gün 189-190 nömrəli tam orta məktəbdə 20 noyabr Uşaq hüquqlarının qorunması ilə bağlı konvensiyanın qəbul edilməsi ilə əlaqədar “Şagird idarəeməsi günü” adlı tədbir həyata keçirildi. Şagirdlər məktəbin idarəetməsində, növbətçiliyin təşkilində, dərslərin müəllim kimi tədris edilməsində çox yüksək əhval ruhiyyə ilə iştirak etdilər, kreativ bacarıqlarını göstərdilər. Sonda iclas keçirərək dərslərin gedişatında dinlədikləri dərslər haqqında geniş müzakirə apardılar. Gənc müəllimlərə tövsiyyələr verildi, keyfiyyətli tədris prosesinə görə onlara təşəkkür elan edildi. Tədbir məktəbin bütün şagird kontingentinin böyük marağına səbəb oldu . Şagirdlər müəllimlik peşəsinin çətin , həm də şərəfli olduğunu xüsusi qeyd etdilər.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin özgüvənini artırmaq, sərbəst qərar vermək, çətin anlarda bacarıq nümayiş etdirmək, müəllim peşəsinə sevgi hislərini aşılamaq və s xüsusiyyətlərin formalaşmasında dəstəkləyici mühitin yaradılması idi.

Düşünürəm ki, şagirdlər bu vəzifələrin öhdəsindən məharətlə gəldilər. Əminəm ki, Azərbaycanımızın gələcək inkişafında bizim bu şagirdlərin rolu və əməyi az olmayacaq. Dövlətimizə layiqli vətəndaş yetişdirməkdir əsas vəzifəmiz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi