Riyaziyyat aylığı

Riyaziyyat aylığının keçirilməsinin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin tədris prosesində, sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliğinə xidmət edirdi.Aylıq çərçivəsində V-X sinif şagirdləri tərəfindən müxtəlif “Riyaziyyat” bülletenləri, riyaziyyata aid maraqlı referatlar, bukletlər hazırlamış, müəllimlər tərəfindən nümunəvi dərslər təşkil edilmişdir.Riyaziyyat müəllimləri Aygün Cəfərova, Nüşabə Əhmədova, Məhəbbət Rzayeva, Nigar Əsgərovanın müasir tələblərə tam cavab verən nümunəvi dərsləri gənc müəllimlər üçün maraqlı öyrənmə mənbəyinə çevrildi.Riyaziyyat aylığı Aynaxanım Manafovanın hazirladığı “Riyaziyyatın nuru” adlı tədbirlə yekunlaşdı. Tədbirdə riyaziyyat aylığında həyata keçirilən tədbirlər, nümunəvi dərslər metodbirləşmə sədrinin hazırladığı təqdimat-videoçarxla tədbirə toplaşanların diqqətinə çatdırıldı. V sinif şagirdləri arasında təşkil edilən riyazi viktorina tədbir iştirakçılarında xoş ovqat yaratdı. Viktorina “Qırmızılar” qrupun qələbəsi ilə başa çatdı. Suallar arası müddətdə V sinif şagirdləri Mais Qədirov, Kənan Soltanov, Anar Qafarzadənin ifasında səslənən musiqi nömrələri maraqla qarşılandı. 5-cilərin “Rəqəmlərin mübahisəsi” adlı səhnəciyi ilə başa çatan riyaziyyat aylığı məktəbdə ay ərzində, sözün həqiqi mənasında, şagirdlərin riyaziyyata olan marağının artmasına səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi