Şagirdlərimiz mötəbər ziyalılarla bir arada

Şagirdlərimiz mötəbər ziyalılarla bir aradaMilli Kitabxanada Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Abdulla Şaiq Talıbzadənin anadan olmasının 135 illiyinə həsr olunan “Abdulla Şaiq. Biblioqrafiya” kitabı və “Abdulla Şaiq” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini giriş sözü ilə açan Milli Kitabxananın direktoru professor Kərim Tahirov A.Şaiqin həyat və yaradıcılığı barədə məlumat vermiş, respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Abdulla Şaiq. Biblioqrafiya” kitabı və “Abdulla Şaiq” elektron məlumat bazasının tədqiqatçı alimlər, müəllimlər, tələbələr, şagirdlər və ümumiyyətlə kitabsevərlər üçün dəyərli vəsait olduğunu bildirmişdir. Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, f.e.d professor Alxan Bayramoğlu, Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə, BDU-nun kitabxanaçılıq və informasiya fakultəsinin kafedra müdiri dosent Nadir İsmayılov, AMEA-nın Elmi Kitabxanaın direktoru Leyla İmanovanın və digər ziyalıların qatıldığı tədbirdə məktəbimizin şagirdlərinin iştirakı və A.Şaiq poeziyasından nümunələrin ifası tədbirə xüsusə ovqat qatdı. Sonda tədbir iştirakçılarına, o cümlədən şagirdlərimizə kitab hədiyyə edildi və xatirə şəkilləri çəkildi. Növbəti gün tədbirə qatılan şagirdlərimiz sinif müəllimi Nərgiz Tahirovanın iştirakı ilə mövzu ilə bağlı İctimai televiziyaya dəvət olunmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi