Ölkəmizi tanıyaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan «Ölkəmizi tanıyaq» devizi ilə məktəblilərin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində məktəbimizin şagirdləri də Gəncə-Şəmkir-Göygöl şəhərlərində olublar. Ekskursiya zamanı məktəblilər doğma diyarın tarixi yerlərinə, muzeylərə səfər etmiş və bir sıra tədbirlərdə iştirak etmişlər. Tur-aksiya zamanı məktəblilər arasında keşirilən "Breyn rinq" yarışında Səbail rayonunun komandası II yerə layiq görülmüş, diplom və kubok əldə etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi