Həyatını məhv etmə.

    Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, XXI əsrdə qlobal probləmlər sırasında qalmaqdadır. Biz gələcəyimiz naminə narkomaniya ilə birlikdə mübarizə aparmalıyıq.

Leopold və Mstislav Rostropoviçlərin Ev muzeyində bu mövzuda hər il mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir, maarifləndirmə xarakterli işlər görülür. Muzeyin sosial şəbəkələrində bəşəriyyətin ən qorxulu bəlası olan narkotik maddələrin təhlükəsindən bəhs edən müxtəlif xarakterli vido-çarxlar yerləşdirilir.

      Narkomaniya ilə mübarizə mövzusunda gənclər və uşaqlar arasında maarifləndirmə işlərinin aparılması ilk öncə valideynlərin, daha sonra isə müəllimlərin üzərinə düşür. Bir mədəniyyət ocağı kimi bizimdə bizim də ən önəmli vəzifələrimizdən biri gələcək nəsillərimizin sağlam ruhda böyüməsi üçün bu bəla ilə mübarizə aparmaqdır.

   Elə bu məqsədlə, 19 oktyabr 2022- ci ildə saat 12 :00 da Leopold və Mstislav Rostropoviçlərin ev muzeyində Abdulla Şaiqin mənzil muzeyi ilə birlikdə  “Həyatımı məhv etmə!” adlı tədbir keçirildi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013- cü il 24 iyun tarixli 2966 saylı sərəncamı ilə təsdiq edilmiş  “Narkotik vasitələrin psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” proqramı çərçivəsində keçirilən tədbir maarifləndirmə xarakteri daşıyırdı.  Tədbirdə “Azad həyat” reabilitasiya mərkəzinin rəhbəri Həmid Yunusov,  BDU-OYU-nun müəlliməsi, “Yaşam” psixologiya və təlim mərkəzinin rəhbəri ,  psixoloq Könül Cəfərova, “Step” reabilitasiya mərkəzinin rəhbəri, kimyəvi asılılıqlar , narkomaniya , alkoqolizm üzrə mütəxəssis  İlqar Xəlilov iştirak etdilər. Həkimlər şəhərimizin müxtəlif məktəblərindən dəvət olunmuş şagirdlərə maarifləndirici söhbətlər  apardılar.  Tədbirdə 189-190 li tam orta məktəbin, M.N.Tusi adına 173 № li tam orta məktəbin , T.İsmayılov adına 6 saylı məktəb- liseyinin , Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdləri iştirak etdilər.

      Narkomaniyaya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir. Gələciyimiz üçün gəlin narkomaniyaya birlikdə “yox” deyək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi