Dəyirmi masa

Oktyabr ayında məktəbimizdə Bakı şəhəri üzrə Təhsil idarəsinin 29.09.2022- ci il tarixli əmrinə əsasən “Qarabağı tanıt” mövzusunda videotəqdimat müsabiqəsinə start verilmişdir. Müsabiqənin məktəb mərhələsi  VIII-XI sinif şagirdləri arasında keçirilmişdir.

Şagirdlərdə vətənə, torpağa məhəbbət hissinin formalaşmasında mühüm rol oynayan bu müsabiqədə ən yaxşı  videotəqdimatı müəyyən etmək üçün oktyabrın 27- də videoçarxların təqdimatı keçirilmişdir.

Münsiflər heyəti tərəfindən 9 c sinif şagirdi Zərbəliyeva Aynanın videotəqdimatı daha yüksək qiymətləndirilmiş və şəhər mərhələsinə göndərilməyinə layiq görülmüşdür. Tədbirdə  AZTV-nin əməkdaşı H.Hüseynov da iştirak edirdi.

Məktəbimizin kollektivi adından Aynaya uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi