“Cəsurluq məktəbi” Açıq qapı günü

FHN Bakı Regional Mərkəzi tərəfindən məktəblilərlə aparılan peşəyönümlü işlər çərçivəsində növbəti “Cəsurluq məktəbi” Açıq qapı günü keçirmişdir. Tədbirin keçirilməsində məqsəd Fövqəladə Hallar orqanlarında işə maraq göstərən yuxarı sinif şagirdlərini nazirliyin fəaliyyəti ilə tanış etmək olub. Bu tədbirdə məktəbimizi XI sinif şagirdi Əli Nəbiyev təmsil edib. Tədbir 2 mərhələdən ibarət olub. I mərhələdə şagirdlərə FHN – nin texnika və qüvvələri nümayiş etdirilib. II mərhələdə isə şagirdlər FHN – nin işçi və zabit heyyəti ilə yaxından tanış olublar. Şagirdlərə FHN – nin gərgin iş rejimi barədə məlumat verilməklə yanaşı təhlükəsizlik və davranış qaydaları da öyrədilib. Bu tədbirdə iştirak edən hər bir şagird bu gün Azərbaycan Respublikasının FHN – nin işçi və zabit heyətinin qarşısına çıxan bütün maneyə və təhlükələri peşəkarcasına qət etdiklərinə əmin olublar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi