44 günlük Vətən müharibəsi iştirakçıları,qaziləri ilə görüş

7-dən - 17 – yə vətənpərvər! layihəsinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022 – ci tarixli F- 300 № li əmrinə əsasən 44 günlük Vətən müharibəsi iştirakçıları,qaziləri ilə görüşə həsr olunmuş “Xalqımızın qəhrəman oğulları” adlı tədbir keçirildi.
Tədbirdə Suqovuşana bayrağı ilk sancan qəhrəman, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunan İlkin Fərzəliyev, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunan Səmədov Nurlan Famil oğlu,Cəbrayıl,Qubadlı,Fizuli,Hadrut,Talış,Suqovuşan,Zəngilan,Laçın döyüşlərində böyük qəhrəmanlıqlar göstərən igidlər Cavadov Aydın Oqtay oğlu,Həmidov Elmin Hümbət oğlu,Əhmədzadə İsmayıl Cümşüd oğlu,Eyvazov Həsən Eldar oğlu və 189-190 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti, kitabxananın kollektivi iştirak etdilər.
Görüşdə 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verildi, əsgər və zabitlər keçdikləri döyüş yolundan, müharibə vaxtı yaşadıqları çətinliklərdən, torpaqlarımızın azad olunmasında keçdikləri məşəqqətli döyüş yollarından danışdılar, oxucuların suallarını cavablandırdılar.
Məktəbimizin 2a sinif şagirdi Əsədli Həsənin söylədiyi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri tədbirdə xoş ovqat yaratdı.
Sonda “Bu torpağın hər qarışı Vətəndir” adlı sərgi təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi