18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü
Bu il müstəqilliyimizin bərpasının 31 ili tamam olur. 1991- ci il oktyabrın 18- də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” konstitusiya aktının qəbul olunması ilə Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Bu əlamətdar gün məktəbimizdə də qeyd edilmişdir. Məktəbimizin tarix müəllimləri Məmmədova Lalə 8 a sinif şagirdləri ilə dəyirmi masa, Rüstəmova Nazilə isə 8 d sinif şagirdləri ilə açıq dərs keçirmişlər. Dəyirmi masada XX əsrin 90- cı illərində Azərbaycanda siyasi vəziyyət, müstəqillik uğrunda mübarizə, müstəqil dövlət quruculuğu sahəsində H.Əliyevin fəaliyyəti, müstəqilliyimizin möhkəmləndirilməsində İ.Əliyevin rolu bir daha şagirdlərin diqqətinə çatdırılmışdır. Həmçinin şagirdlər təqdimatlar nümayiş etdirmiş və həmin günlə bağlı şeirlər söyləmişlər.
M. Lalə sinif rəhbəri olduğu 7 b sinfini İstiqlal muzeyinə ekskursiyaya aparmışdır. Muzeydə xalqımızın müstəqillik uğrunda mübarizəsi, vətən müharibəsi və şəhidlərimiz haqqında məlumatlar şagirdlər tərəfindən maraqla qarşılanmışdır.