27 Sentyabr Anım Günü
27 sentyabr 2022 - ci ildə 189-190 №li tam orta məktəbin Zəfər muzeyində Anım Günü qeyd olundu. Tədbirin təşkilatçısı dil və ədəbiyyat müəllimi H.Natəvan, iştirakçıları isə 5 “b” sinfinin şagirdləri idi. Tədbir aparıcıları 11 “b” sinfinin şagirdləri Səma Muğanna və A. Əlinin çıxışları ilə başladı.
Vətən müharibəsində qəhrəmancasına döyüşən əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020- ci il 2 dekabr tarixli sərəncamı ilə sentyabrın 27- si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması vurğulandı. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi . Azərbaycan Respublikasının Himni səsləndirildi. “ Vətən” , “Şəhidlər”,
“Şəhid anaları” mövzusunda olan şeirlər bir-birini əvəz etdi. 5 “b” sinif şagirdi İ. Rəvanın ifa etdiyi “Xudayar təsnifi” tədbirdə , demək olar ki, hamı tərəfindən zümzümə edildi. Eyni zamanda 8 “b” sinif şagirdi M. Əlinin ifa etdiyi “Azərbaycan” mahnısı da rəğbətlə qarşılandı. Şagirdlərimiz S. Vurğunun “Ananın öyüdü” şeiri əsasında səhnələşdirilən tamaşadan çox təsirləndilər. Mərd oğullar böyüdən analarımızın bu gün də var olduğlarını dərk etdilər. Tədbirdə şəhid övladı Bəhmən Səfərovun atası yad edildi.
Bəli, əgər Şəhid varsa , demək Vətən var. Şəhidlər ölməzdir. Şəhid olmaq ölmək, yox olmaq deyil, ölümlə var olub mənən diri qalmaq deməkdir.
Tədbir məktəbin direktor müavini Lalə Pənahovanın çıxışı ilə yekunlaşdı.