Bilik Günü
15 Sentyabr “Bilik Günü ” Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Lakin ötən illərdən fərqli olaraq Azərbaycan-Ermənistan sərhəddində işğalçı qonşularımız tərəfindən baş vermiş təxribatın qarşısı alınarkən verdiyimiz itkilərlə əlaqədar olaraq “Bilik Günü” təntənəli şəkildə keçirilmədi.
Məktəbin direktoru R. Alcanov və BŞTİ- nin əməkdaşı X.Rüstəmova yeni dərs ilinə qədəm qoyan şagirdləri salamladılar və onlara uğurlar arzuladılar , həmçinin şəhidlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı dilədilər.
İlk dərs “Qarabağ Azərbaycandır” mövzusuna həsr olundu.