Yay məktəbi

"Məktəblinin Dostu" layihəsinin təşkilatçılığı ilə "Yay məktəbi" layihəsinin tətbiq olunduğu 70 ümumi təhsil müəssisələrdən biri də  189-190 № li tam orta məktəbdə  başlayıb.

"Yay məktəbi"nin təşkil olunmasında məqsəd yay tətili dövründə uşaqları əyləncəli və öyrədici proqramlara cəlb etməklə onların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaqdır. 

Proqramda şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdiriləsi üçün seminar və informativ sessiyalar, eyni zamanda  müxtəlif idman və əyləncəli yarışlar, film saatları yer alır.

Bununla yanaşı, məktəblinin dostları tərəfindən şagirdlər üçün “Yol hərəkəti qaydaları”, "Fövqəladə hallarda davranış qaydaları və ilk tibbi yardım” , "Sosial şəbəkələrdən faydalı istifadə", ”İnternet təhlükəsizliyi",  “Düzgün danışıq, nitq bacarıqlarının həyatımızda rolu” kimi mövzuları əhatə edən maarifləndirici təlimlər təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi