Son Zəng
Azərbaycan Respublikası Təhsil nazirliyinin 09.06.2022 – ci il tarixli, F – 367 nömrəli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 09.06.2022 – ci il tarixli, F – 218 nömrəli əmrlərinin icrası məqsədilə məktəbimizdə 14.06.2022 -ci il tarixində "Son zəng" tədbiri keçirildi. Tədbir ənənəvi qaydada Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Məktəbin direktoru on birinciləri təbrik edərək onlara müvəffəqiyyət arzuladı. Tədbirdə məzunlara öz ürək sözlərini bildirənlər arasında Bakı şəhəri üzrə Səbail rayonu İcra hakimiyyətinin müavini Eldar Ağayev var idi. On birincilər və birincilərin çıxışları hər kəsdə xoş təəssüratlar yaratdı. Sonda məzunlar üçün məktəb həyatının son zəngi çalındı. Bütün məzunlara növbəti pillələri rahatlıqla keçmək şansı diləyirik. Yolunuz açıq olsun, sevimli məzunlar!