Payıza əlvida deyək

Məktəbin 1f sinif şagirdlərinin “Payıza əlvida deyək” adlı nümunəvi dərsinin bu mövzuya həsr olunması səbəbsiz deyildi. Birincilərin qısa müddət ərzində öyrəndiklərini nümayiş etdirmək həvəsi, çoxrəngli, gözoxşayan payız rəngləri qədər maraqlı, ürəkaçan şer, musiqi parçalarının şagirdlərin ifasında səslənməsi valideyn və müəllimlər tərəfindən sevinclə qarşılandı. Bu dərs prosesində hər birimiz bir daha əmin olduq ki, tədris o zaman keyfiyyətli hesab olunur ki, şagirdin də, valideynin də bu məkanda üzü gülsün, şagirdlər bir – birinə sevinc və qürurla baxsınlar. Evə qayıdarkən məktəbdə baş verənlər barədə sevinclərini ailə üzvləri ilə bölüşsünlər. 1f sinif şagirdləri kimi!