Ceyhun Hacıbəyli -125

Məktəbimizdə yazıçı-publisist, folklorşünas-alim, mühacir-vətənpərvər “Ceyhun Hacıbəyli -125” adlı ədəbi- bədii tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin tədris işləri üzrə direktor müavini Qənirə Əmircanova Ceyhun Hacıbəylinin Azərbaycan xalqının mühacirət həyatında çox önəmli mövqe tutduğundan söz açdı. O, xalqımızı dünyanın müxtəlif ölkələrində təmsil edən Ceyhun Hacıbəylinin mühacir həyatının müasir gənclik üçün bir örnək olduğunu xüsusi qeyd etdi. Tədbirdə məktəbin tarix müəllimi Sədrəddin Rüstəmov C. Hacıbəylinin siyasi fəaliyyətindən danışdı, onun həyat və fəaliyyətinə həsr olunan “Paris kədəri” və “Durun gedək evimizə” adlı ədəbi-bədii sənədli filmlərdən fraqmentlər nümayiş etdirildi. Azərbaycan xalqının tarixində əvəzsiz iz qoymuş hər bir yazıçı, şair, siyasi xadim barədə həyata keçirilən tədbirlərin şagirdlərdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynaması şübhəsizdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi