Siqaret yoxsa sağlamlıq

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənclərin İnkişafı İctimai Birliyi məktəbimizin şagirdləri arasında “Sağlam ailə sağlam gələcək” layihəsi çərçivəsində tədbir keçirdi. Tədbirdə sağlam həyat tərzi, tütün çəkmənin zərərləri və ondan imtina üsulları haqqında İSİM əməkdaşı Şəhla Mirzəzadə tərəfindən VIII –XI sinif şagirdlərinə ətraflı məlumat verildi, mövzu ilə bağlı maraqlı videoçarxlar nümayiş etdirildi. Sonda şagirdlərin çoxsaylı sualları cavablandırıldı və şagirdlr arasında mövzu ilə bağlı sorğu keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi