“Batareyaları təhvil ver, təbiəti qoru” adlı layihə
İstifadəyə yararsız elektrik batareyalarının toplanması məntəqələrinin genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Qırmızı Ürəklər” Fondu və “BRAVO” marketlər şəbəkəsi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verib.
ETSN-in ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, işlənmiş batareyalar üçün qutular ilkin olaraq təyin olunmuş “BRAVO” hipermarket, superstor və supermarket filiallarında yerləşdirilib. Gələcəkdə isə bu cür qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır.
S.Məmmədovanın sözlərinə görə, tədbirdə ekokönüllülər, "EkoSfera" Sosial-Ekoloji mərkəzin və Yaşıl Şəbəkəyə üzv məktəblilər aktiv iştirak edərək topladıqları batareyaları təhvil verib, eyni zamanda batareyaların zərərləri barədə müxtəlif çağırışlar hazırlayıblar. Məktəblilər arasında 4 a sinif şagirdimiz Ağayev İsmayıl və 4 b sinif şagirdimiz Mirzəyev Raul iştirak etmişdir.