“Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı” tədbir

14 aprel 2015 –ci il tarixdə Səbail rayonu 189–190 №– li tam orta məktəbdə “Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı” tədbir keçirilmişdir.Tədbirdə iştirak edən qonaqlar - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri- yazıçı və tənqidçilər, kinoaktrisa Zemfira Sadıxova, İncənət Universitetinin prorektoru professor Validə Məmmədova, Müasir Tədris və Təhsilə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadə, Bakı şəhərinin məktəb direktorları, Səbail rayonu İcra Hakimiyyətinin nümayəndəsi, mətbuat nümayəndələri, valideynlər ilk öncə məktəbin foyesində şagirdlərin oxuduqları bədii əsərlərə həsr olunmuş rəsm işləri, eləcə də şagirdlər tərəfindən müxtəlif ədəbi janrlara həsr olunmuş təqdimatlarla tanış oldular. Məktəbin X sinif şagirdləri Nuray və Azərin ifasında səslənən Bəxtiyar Vahabzadənin “Axı dünya fırlanır” və “Layiqəmmi mən?” şeirləri də qonaqlar tərəfindən rəğbətlə qarşılandı. Məktəbin direktoru Ceyran Kuliyevanın tərəfindən istiqamətləndirilən İsmayıl Şıxlının “Dəli Kür” və Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərlərinin müzakirəsi qonaqlarda yüksək təəssürat oyatdı. Tənqidçi və yazarların, eləcə də Z. Əliyeva adına məktəbin direktoru Mehriban Vəliyevanın bu əsərlərin müzakirəsinə qatılması və X, XI sinif şagirdlərinin dolğun və məntiqi cavabları bütün tədbir iştirakçılarının marağına səbəb oldu. Növbəti mərhələdə qonaqlar ibtidai sinif şagirdlərinin iştirakı ilə Oskar Uayld – ın “Zvyozdnıy malçik”, Qenrix Malonun “Bez semyi”, Aleksandr Belyayevin «Amfibiya adam» əsərləri əsasında hazırlanmış bədii kompozisiya ilə tanış oldular. Kiçik yaşlı şagirdlərin də adı çəkilən əsərlər, onların qəhrəmanları barədə təəssüratları, maraqlı fikirləri mütaliə vərdişlərinin əhəmiyyətini bir daha sübuta yetirdi. Tədbirin sonunda “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsərə aid ən yaxşı rəsm əsəri”, “Bədii əsərə aid ən maraqlı təqdimat” müsabiqələrinin qalibləri qiymətli hədiyyələrlə-kitablarla mükafatlandırıldılar. Yeri gəlmişkən, qeyd etməliyik ki, həmin gün məktəbdə bütün siniflərdə III dərslər məhz mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması mövzusuna həsr edilmiş, şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınaraq bütün siniflərdə müəllimlər tərəfindən təklif edilmiş və oxunmuş müxtəlif bədii ədəbiyyatların müzakirəsi təşkil edilmişdir. Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva təşkil edilmiş tədbir barədə rəy və təkliflərini bildirdi. Məhəbbət xanım mütaliə vərdişlərinin insan həyatındakı əvəzsiz rolundan, mütaliənin insanın daxili və mənəvi zənginliyinə birbaşa təsirindən, onun hər bir insan üçün hava və su qədər vacibliyindən söz açdı. Təhsil naziri Mikayıl Cabbarov tərəfindən imzalanmış “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı” əmrinin təhsil müəssisələrində, həmçinin valideynlərin dəstəyi ilə ailələrdə icrasının ümumi işimizə çox müsbət təsir göstərəcəyini vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi