Kung - Fu qalibi Əli Qasımov
28-29 May tarixlərində Sərhədçi Idman kompleksində Azərbaycan Respublikası Gənclər ve Idman Nazirliyinin dəstəyi ve Kung - Fu Federasiyasının teşkilatcılığı ile 28-ci Respublika çempionatı başa çatdı . Tədbir 2 - ci Qarabağ müharibəsində əldə etdiyimiz qələbəyə həsr olunmuşdur . İdmançılara dəstək və döyüşləri izləmək üçün Azərbaycan Parlamentinin üzvləri Milli məclisin deputatları Arzu Nağıyev, Aydın Hüseynov , Cavanşir Paşazadə və Vuqar İsgəndərov iştirak ediblər . Çempionatda I yerin qalibi məktəbimizin 10 B sinif şagirdi Qasımov ƏIi diplom və medalla təltif olunub. Şagirdimizi məktəbin direktoru ve kollektivi adından təbrik edir, uğurlar arzulayırıq.