"Sevdiyim peşə" adlı layihə

Məktənin 4 A sinif şagirdləri tərəfindən məktəbin direktoru Rəşad  Alcanov və metodbirləşmə sədri Nigar Babayevanın iştirakı ilə “Sevdiyim peşə” adlı kiçik bir layihə keçirilmişdir. Şagirdlər bu layihəyə böyük həvəslə hazırlaşaraq, öz sevdikləri peşələri haqqında maraqlı təqdimatlar hazırlamışdılar. Sonda uşaqların hazırladıqları təqdimatlar hədiyyələrlə qiymətləndirildi. Əslində kiçik dediyimiz bu layihəni sinfin müəllimi İradə Əliyeva  uşaqların gələcək peşələrini düzgün seçmələrində və mahiyyətini anlamalarında onlara dəstək məqsədi ilə hazırlamışdır. Şagirdlərimizə gələcək planlarında uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi