1 iyun -Uşaqların Beynəlxalq  Müdafiəsi  Günü

1 iyun -Uşaqların Beynəlxalq  Müdafiəsi  Günü  ilə  əlaqədar  tədbir  keçirildi. 
Tədbirdə 189-190 nömrəli  tam  orta məktəbin  ibtidai  sinif  müəllimi  Nəzakət  Məmmədova, 3-cü  sinif  şagirdləri  və kitabxanaçılar  iştirak etdilər.
 Gələcəyin fidanları  öz  ifalarında   ölkəmizdə  uşaqların  sosial  və hüquqi  müdafiəsi ilə bağlı fikirlər  səsləndirdi, daim onlara qayğı göstərilməsi, Azərbaycan gələcəyinin qurucusu  olacaq uşaqların sağlam mühitdə təhsil  və  tərbiyə  almasını  diqqətə  çatdırdılar.
Kitabxananın uşaq  şöbəsinin əməkdaşları Ukrayna xalq nağılı  olan  “Əlcək”  nağılını  səhnələşdirirək  kiçikyaşlı məktəblilərə  təqdim etdilər. Tamaşa  balaca  balalar  tərəfindən sevinclə qarşılandı.
Həmçinin ,tədbirdə uşaqlara  kitablar  hədiyyə  edildi, uşaq  ədəbiyyatından ibarət  hazırlanan müxtəlif  sərgilər  nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi