Şahmat üzrə Bakı şəhər birinciliyində şagirdimizin I yer qalibiyyəti
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 3 №-li RİOEUGŞM – də 2014-cü il və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda 49 nəfər idmançı (onlardan 14 nəfəri qızlardır) iştirak etmişdir.
Yekun nəticələrə əsasən qızlar arasında I yeri 7 xalla məktəbimizin 1 F şagirdi Fidan Yaqubova tutmuşdur.
Yarışın bağlanış mərasimində beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev və yarışların baş hakimləri qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.
Məktəbimizin direktoru ve kollektivi adından 1 F sinif şagirdi Fidan Yaqubovanı təbrik edir və uğurlar arzulayırıq.!