"Ağ ölüm"ün qara fəsadı

Məktəbimizdə "Ağ ölüm"ün qara fəsadı mövzusunda keçirilən tədbirdə Səbail RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimov, Səbail RPİ-nin YYÇPİTB, Səbail RİH-nin YYÇ iş üzrə komissiyası, Səbail RPİ-nin Narkotiklərlə Mübarizə bölməsi, Bakı şəhəri Narkolojı Dispanseri, Ombudsman aparatı, Qızıl Aypara cəmiyyəti, DİN-nin mətbuat xidmətinin əməkdaşları iştirak edirdilər. Tədbirdə iştirak edən natiqlərin hər biri “ağ ölüm” adlandırılan bu bəlanın qurbanlarının bütün dünyada, o cümlədən ölkəmizdə durmadan artdığını, bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addımların hər zaman nəticə vermədiyini təəssüflə qeyd etdilər. Tədbirin sonunda Səbail RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimov və məktəbin direktoru Ceyran Kuliyeva şagirdlərə eşitdikləri və videoçarxlarda gördükləri dəhşətli kadrları unutmadan dərk edərək yaddaşlarına həkk etdirmələrini, bu qorxunc bəlaya dükar olmamaq üçün isə, ağıl və güclü iradə sahibi olmalalarını tövsiyə etdilər.