Şagirdlərimiz "TEKNOFEST Azərbaycan" festivalının finalında

Bakıda təşkil olunacaq  “Teknofest”  festival Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının  (T3 Vakfı)  təşkilatçılığı, Azərbaycan Rəqəmsal  İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir.

Festivalın keçirilməsində məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

"TEKNOFEST Azərbaycan"  festivalında öz layihəsini təqdim edən  “Baku Skills” kateqoriyası üzrə məktəbimizin  “TECHNO+”  komandası da  finalda çıxış etmək  hüququ qazanıb.  Komandamızın  rəhbəri Aynur  Hüseynovaya  və  şagirdlərimizə finalda  uğurlar diləyirik. İnanırıq ki, şagirdlərimizdən ibarət “TECHNO+” finalda qaliblər sırasında olan komandalardan olacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi