"BEYNƏLXALQ AİLƏ GÜNÜ" NƏ HƏSR OLUNMUŞ TƏDBİR
Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Hər il BMT Baş Assambleyasının 20 sentyabr 2008-ci il qətnaməsinə əsasən, 15 may "Beynəlxalq Ailə Günü" kimi qeyd olunur. Bu münasibətlə məktəbimizin texnologiya müəllimi Gülnarə Əsədovanın təşkilatçılığı ilə “Beynəlxalq Ailə Günü” nə həsr olunmuş tədbir təşkil edilmişdir. Tədbirdə şagirdlər müxtəlif komandalarda yarışaraq əl işlərini, bacarıqlarını nümayiş etdirdilər. Şagirdlərin əl işləri, yaratdıqları peyzajların hərkəsin marağına səbəb oldu.