Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99- cu il dönümü ilə əlaqədar "Breyn Rinq" intellektual oyununun keçirilməsi

06.05.2022-ci il tarixində məktəbimizin Fiziki tərbiyə müəllimləri Namiq müəllim və Aynur müəllimənin təşkilatçılığı ilə 7-ci siniflər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və “Şuşa ili”nə həsr olunmuş Breyn Rinq intelektual oyunu keçirilmişdir. Yarışmada iştirak edən şagirdlərin fəallığı, yarışmaya rəngarənglik qatan qızlardan ibarət gimnastların möhtəşəm çıxışı məktəbimizin direktoru Rəşad Alcanov və Tərbiyə işləri üzrə direktor müavini Lalə müəllimə və tədbirdə iştirak edən digər qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.