İngilis dili aylığının yekunu

Hər il olduğu kimi bu tədris ilində də ingilis dili aylığı böyük coşqu ilə başladı. “Təbiəti necə qoruyaq?” adı altında təşkil olunan ingilis dili aylığının məqsəd və şüarını əks etdirən plakatlar, divar qəzetləri, referatlar asıldı. Həmçinin ingilis dili müəllimlərimiz tərəfindən hazırlanan nümunə dərsləri şagirdlərin yaddaşında maraqlı izlər buraxdı. Dərslərdə ən çox diqqət çəkən şagirdlərin sərbəst danışığı  və fikirlərini bu dildə gözəl ifadə etmələri idi.

    Aylığın yekun tədbirində məktəbin rəhbərliyi, pedaqoji kollektivi və şagirdlər iştirak edərək böyük zövq aldılar. Məktəbimizin şagirdlərinin ifasında müxtəlif səhnəciklər, şeir parçaları səsləndi. Ibtidai sinif şagirdlərinin ifasında səslənən musiqi parçaları tədbirə xüsusi rəng qatdı. Aparıcıların

Ingilis dilində sərbəst şəkildə tədbiri idarə etmələri qonaqlar tərəfindən bəyənildi.

Sonda tədbirə qonaq qismində qatılan ETS rəhbəri Həmid Adjoba, ABŞ səfirliyinin nümayəndəsi John Bunnke ingilis dili aylığı çərçivəsində təşkil olunan tədbirin təşkilində iştirak edən şagirdlərə, müəllimlərə və rəhbərliyə xoş sözlərini söyləyərək, minnətdarlıqlarını bildirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi