Bakı Olimpiya stadionuna ekskursiya

IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərovun təşəbbüsü ilə məktəbimizin VI və VII sinif şagirdlərinin Bakı Olimpiya stadionuna ekskursiyası təşkil edilmişdir. Olimpiya stadionunun media və təşkilat işləri üzrə nümayəndəsi Fərid Əsədzadə ekskursiya boyu məktəblilərə bələdçilik etmiş, şagirdləri kompleksin zalları, otaqları, trubunaları ilə tanış etmişdir. Şagirdlərimizə media zalında Bakı Olimpiya stadionunun təməl qoyma mərasimi və tikintisi ilə bağlı videoçarx nümayiş etdirilmiş və sonda xatirə şəkilləri çəkilmişdir. Əminik ki, bu kimi tədbirlərin təşkili gənclərimizin idmanın müxtəlif növlərinə olan marağının artmasına və sağlamlığının möhkəmlənməsinə səbəb olacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi