Təsviri incəsənət fənninin aylığına həsr olunmuş " ŞUŞA AZƏRBAYCANIN MƏDƏNİYYƏT BEŞİYİ" ADLI RƏSM SƏRGİSİ.

May ayı ərzində məktəbimizdə Təsviri incəsənət fənninin aylığı keçirilir. Aylıq çərçivəsində təsviri incəsənət müəllimlərinin açıq dərsləri təşkil olunmuşdur. Xüsusu ilə İradə Axundovanın V-VIII siniflər şagirdləri arasında “Şuşa Azərbaycanın mədəniyyət beşiyi” adlı ustad dərsləri daha yadda qalan olmuşdur.

Bu dərslərin təşkil olunmasında məqsəd uşaqların istedad və bacarıqlarının üzə çıxardılması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətənə sevgi və fəxr hislərinin daha da aşılanmasıdır.

Məktəbimizin foyesində şagirdlərimizin maraqlı rəsmlərindən, əl işlərindən ibarət sərgi hər kəsin diqqətini cəlb edərək xüsusi maraq doğurmuşdur.

Şagirdlərimiz rəsmişlərində Qarabağın, Şuşanın tarixia bidələrini, şəxsiyyətlərini, əsrarəngiz təbiət mənzərələrini, sanki, canlandırmışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi