Şəhid ailələrinə ziyarət
Səbail rayonu 189-190 nömrəli məktəbin 5A sinif şagirdlərinin 13.05.22 -ci il tarixdə Bakının Qala qəbiristanlığında uyuyan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlının məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra şagirdlər Muxtar Qasımlının yaşadığı evə gedib, ailəsi ilə görüşüb, ev muzeyini ziyarət ediblər. Onların bu ziyarətindən məmnunluğunu ifadə edən şəhidin atası Əli və anası Almas Qasımlı bunun onlar üçün ən böyük təsəlli olduğunu bildiriblər . Almaz xanım şəhidin həyat və döyüş yolu barədə şagirdlərə ətraflı məlumat verib. Onlar hər zaman Muxtarla fəxr etdiklərini və onun ən uca zirvədə olduğunu dilə gətiriblər. Bu gün bu körpə balaların şəhid Muxtar Qasımlıının ailəsini yad etməsi onlar üçün ən böyük təsəlli olduğunu vurğulayan şəhidimizin atası belə tədbirlərin çox olmasını, şagirdlərin şəhidlərimizi daha yaxından tanımaları üçün bu cür ənənəni davam etdirmələrini qeyd edib. Bunun uşaqlarımızın milli ruhda böyüməsi üçün çox vacib oduğunu vurğulayib.
Sinif rəhbəri Salahova Nailənin təşkilatçılığı ilə keçirilən tədbirdə 5 A sinif şagirdləri qəhrəmanlıq, şəhidlik, vətən, torpaq haqqında şeirlər səsləndirib, Muxtar Qasımlı kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş igidlərin heç zaman unudulmayacağını qeyd ediblər.
Ana Vətənimizi qoruyan, uğrunda canından-qanından keçən belə igid oğul və qızlarımızın xatirəsini yad etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Ən uca və müqəddəs zirvəni - şəhidlik zirvəsini fəth edənlərin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.