Mənim üçrəngli bayrağım

“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq muzeyində 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə “Mənim üçrəngli bayrağım” adlı tədbir keçirilmişdir.İçərişəhər Qoruq İdarəsinin, İçərişəhər tarix muzeyinin və Elmi-mədəni mərkəzin əməkdaşları, Ə.Əzimzadənin ev muzeyinin işçiləri, müxtəlif təşkilatlardan olan ziyalıların da iştirak etdiyi tədbirə bizim və 82 nömrəli məktəbin şagirdləri də dəvət edilmişlər.Tədbirdə BDU-nin kitabxanaçılıq fakültəsinin müəllimi, şairə-publisist, xeyriyyəçi İradə Əliyeva bayrağımızın yaranma tarixinə dair maraqlı məlumat vermiş, müstəqilliyimizin qurucusu olan H.Əliyevin ictimai-siyasi fəaliyyətindən bəhs etmişdir. H.Əliyev adına düşüncə mərkəzinin qadınlar şurasının sədri Mərcan Şahbuzlu bayram münasibətiylə tədbir iştirakçılarını təbrik etmiş və özünün yazmış olduğu “Bayraq” şeirini söyləmişdir.Sonda məktəbimizin şagirdlərinin ifasında Bayraq gününə həsr olunmuş əbədi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunmuşdur.