Şagirdlərimizin II Fəxri Xiyabanı ziyarəti.

             Bu gün 29 aprel  189-190 saylı orta məktəbin II d sinif şagirdləri II Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini oxudular. Müəllim və şagirdlər şəhidlərin valideynləri, yaxınları ilə ünsiyyət quraraq onlara dərin hüznlə baş sağlığı verdilər. Fəxri xiyabanı ilk dəfə ziyarət edən şagirdlərə müəllimələri tərəfindən şəhidlər haqqında geniş məlumat verildi və məzarlarına gül dəstələri qoyuldu. Allah bütün şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi