Bayraq mənliyimdir, bayraq kimliyim!

Məktəbin tədris işləri üzrə direktor müavini Qənirə Əmircanova və tarix müəllimi Gülsən Soltanovanın təşkilatçılığı ilə “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı ədəbi-bədii tədbir keçirildi. Şagirdlər tərəfindən hazırlanmış video-çarxların müşaəti ilə bayrağımızın, bayraq gününü,Bayraq Meydanının tarixindən söz açıldı. X sinif şagirdlərinin ifasında vətənpərvərlik mövzusuna həsr edilən kompozisiyanın sonunda səhnəyə Azərbaycan bayrağı gətirildi.Məktəbimizin məzunu Azər Məmmədovun ifasında səslənən Xəlil Rzanın “Bayraq” şeiri isə tədbir iştirakçılarını göz yaşlarına boğdu.