"Pedaqojı oxu" tədbirində iştirakımız

Rusiya İnformasiya Mərkəzinin dəstəyi ilə böyük rus yazıçısı Cerg Timof Aksakovun anadan olmasının 225 illiyi münasibəti ilə Qorki adına kitabxanasında Bakı Avropa liseyi və məktəbimizin şagirdlərinin iştirakı ilə “pedaqoji oxu” tədbiri keçirildi.Tədbirdə məktəbin rus dili və ədəbiyyat müəllimi, metodbirləşmənin sədri Nüşabə Orduxanovanın rəhbərliyi ilə və VII k sinif şagirdləri iştirak edirdilər. Hər iki məktəbin şagirdlərinin birgə əməkdaşlığı ilə hazırlanan tədbirlə bağlı video-çarxlar, şagirdlərin ifasında səslənən ədəbi parçalar RİM və kitabxana əməkdaşlarını, həmçinin şagirdlərin özlərini məmnun etdi. Tədbirin sonunda şagird kitabxanadakı zəngin bədii əsərlərlə tanış olmaqla bərabər bir çox maraqlı kitabları kitabxanaya uzv olmaqla əldə etdilər.Təbii ki, bu tipli tədbirlər həm şagirdlərdə bədii mütaliə vərdişlərinin formalaşmasına, eləcə də məktəblər,şagirdlərarası əməkdaşlığa xidmət edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi